AZ

Sinem Kobaldan əri Kənan İmirzalıoğluna: "Ad günün mübarək, sevgilim!"

Uzun müddətdir ekranlardan uzaq düşən və qızlarına baxan Sinem Kobal sosial media hesabında yayımladığı şəkillərlə həyat yoldaşı, aktyor Kənan İmirzalıoğlunun doğum gününü qeyd edib.

Sherg.az xəbər verir ki, 2016-cı ildə aktyor həmkarı Kənan İmirzalıoğlu ilə ailə quran Sinem Kobal 2020-ci ildə ilk qızı Lalini, 2022-ci ildə Leylanı dünyaya gətirib.

Ara-sıra həyat yoldaşı və qızları ilə çəkdirdiyi fotoları izləyicilərinə təqdim edən məşhur aktrisa bir müddət əvvəl Kənan İmirzalıoğlunun 49 illik yubileyi üçün paylaşım edib.

Həyat yoldaşı ilə kamera qarşısına keçən məşhur aktyor yayımladığı kadrlara "Ad günün mübarək, sevgilim!" qeydini yazıb.

Daha sonra Kobal Kənan İmirzalıoğlunun daha bir fotosunu paylaşaraq “Ad günün mübarək!” deyib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
sherg.az

1Mənbələr