AZ

“Turan Tovuz”un yeni baş məşqçisi bu tarixdə Bakıda olacaq

"Turan Tovuz"un yeni baş məşqçisi Kurban Berdıyevin iyunun 18-də Azərbaycana gələcəyi gözlənilsə də, təcrübəli mütəxəssisin səfəri bir qədər yubanır. Sport24.az-ın əldə etdiyi məlumata görə, 71 yaşlı baş məşqçi iyunun 21-də Bakıda olacaq.
 
Berdıyevin ləngiməsinin səbəbinə gəlincə, tovuzluların yeni çalışdırıcısı Mahaçkalada qalan bəzi yarımçıq işlərini yoluna qoymağı lazım bilib və bu üzdən səfər ertələnib.
 
Bu yerdə onu da bildirək ki, rusiyalı baş məşqçinin köməkçiləri arasında bir yerli məşqçinin olacağı dəqiqləşib. Ancaq onun adı hələ müəyyənləşməyib. Kluba yaxın mənbədən əldə etdiyimiz bilgiyə əsasən, Berdıyevə 3 yerlinin adı təqdim olunacaq.  Baş məşqçi namizədlər arasında seçim edib, qərarını verəcək.
 

Seçilən
99
sport24.az

1Mənbələr