AZ

Daha 4 kənd Azərbaycana qaytarılır – Erməni deputat

Ermənistan parlamentinin deputat Tiqran Abramyan iddia edib ki, İrəvan hökuməti daha 4 kəndi Azərbaycana qaytarmağa hazırlaşır. Tribunainfo.az xəbər verir ki, o, baş nazir Nikol Paşinyanin Zəngəzura son səfərini də bununla əlaqələndirib.
Abramyan deyib ki, Paşinyanın sərhəd ərazilərə səfərləri Ermənistanı referendum prosesinə hazırlamaq məqsədi daşıyır. “Məsələ ondadır ki, Azərbaycanla əldə olunan razılaşmaya əsasən, Ermənistan hökuməti daha 4 kəndi Azərbaycana təhvil verməyə hazırlaşır. Bunlar Ararat Marzda Tiqranaşen (Kərki), Tavuşda isə Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir”.
Erməni deputat onu da deyib ki, sözügedən kəndlər Ermənistanın qanunvericiliyinə görə onların ərazisiri. “Bunu nəzərə alsaq, onların təhvil verilməsi yalnız referendum yolu ilə həyata keçirilə bilər. Əgər əvvəlki halda hakimiyyət öz güzəştini “sıxıb” ala bilmişdisə, indiki halda ciddi problemlər var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
tribunainfo.az

1Mənbələr