AZ

Baydenin Los-Ancelesə səfəri ABŞ Məxfi Xidmətinə baha başa gəldi: qarət olundular

ABŞ Məxfi Xidmətinin agenti prezident Co Bayden Los-Ancelesdə olarkən qarət edilib. Hadisə iyunun 15-də keçirilən ianə toplama tədbirindən sonra baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" rəsmilərə istinadən məlumat yayıb.

ABŞ Məxfi Xidmətinin məlumatına görə, o, iyunun 15-i axşam saatlarında silahlı quldurluğa məruz qalıb. Cinayət barədə məlumat saat 21:30-da daxil olub. Yerli polis agentin çantasının oğurlandığını qeyd edib. Polisin məlumatına görə, zərərçəkən xəsarət almayıb. O, tapançadan da atəş açıb. ABŞ Məxfi Xidməti kiminsə vurulub-vurulmadığını bilmədiyini bildirib.

Tustin polisi bazar ertəsi bildirib ki, onlar şübhəlini tapmayıblar. Ərazidə polis agentin oğurlanmış bəzi əşyalarını tapıb. Polis hadisə yerində gümüş rəngli Infiniti FX35 avtomobilinin göründüyünü bildirib.

Seçilən
113
publika.az

1Mənbələr