AZ

Növbəti dünya çempionatı Nyu-Yorkda olacaq

Rapid və blits üzrə dünya çempionatının keçirilmə tarixi və yeri məlum olub. Turnir 2024-cü ilin dekabrında Nyu-Yorkda baş tutacaq və beş gün davam edəcək. Bu barədə məlumat orada keçirilən korporativ şahmat üzrə dünya çempionatının bağlanış mərasimində verilib.

Dekabrda keçiriləcək yarışda 16-cı dünya çempionu norveçli qrossmeyster Maqnus Karlsen, ABŞ-ın aparıcı qrossmeysterləri Hikaru Nakamura və Fabiano Karuana, qadınlar arasında dünya çempionu Cu Venjun da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən ən yaxşı şahmatçılar çıxış edəcəklər.

“FİDE çoxdan idi ki, Nyu-Yorkda belə bir şahmat tamaşasına ev sahibliyi etməyi arzulayırdı. Bu çempionat təkcə yüksək səviyyəli idman tədbiri deyil, həm də zəkanın, sənətin, parlaqlığın və şahmatın gözəlliyinin tərənnümünün möhtəşəm bayramı olacaq”, – deyə qurumun rəsmi saytı bəyanatda qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
futbolinfo.az

1Mənbələr