AZ

Yunanıstanda müxalifət miqrant ölümləri ilə bağlı araşdırma tələb etdi

Yunanıstanın əsas müxalifət Radikal Sol Koalisiya partiyası hadisə şahidlərinin sahil mühafizə işçilərinin 3 ildə çoxlu sayda mühacirin ölümünə səbəb olduğunu deməsindən sonra araşdırma tələb edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər veir ki, hadisə şahidləri 9 immiqrantın qəsdən suya atıldığını bildiriblər.
 
Bundan sonra Radikal Sol Koalisiya partiyasının məsul şəxsi miqrat ölümünə görə araşdırma tələb edərək bunları deyib: \"Biz dərin araşdırma, cavab tələb edirik. Biz insan həyatı ilə maraqlanırıq. Can itkisinə alışa bilmirik\".

Psychogios onu da xatırladıb ki, partiyası müxtəlif beynəlxalq təşkilatların hesabatlarından sonra illərdir sahil mühafizəsi ilə bağlı şəffaf münasibət tələb edir.
 
Gülay


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
azxeber.com

1Mənbələr