AZ

Gürcüstan yığmasının kapitanından iddialı açıqlama

Gürcüstan millisinin kapitanı Quram Kaşiya Türkiyəyə qarşı bu gün keçiriləcək Avro-2024-ün oyunu ərəfəsində fikirlərini bildirib. Sport24.az xəbər verir ki, oyundan öncə təşkil olunan mətbuat konfransında Bratislava "Slovan"ının müdafiəçisi mötəbər turnirdə iştirak etməyə layiq olduqlarını bildirib:
 
"Ölkəmizdə biz futbolla yaşayır və nəfəs alırıq. Uğurlarımız hər kəsin dilindədir. Eşitdim ki, bir azarkeşimiz motosikletlə 4000 kilometr yol qət edib. Bütün bunlar əsl xoşbəxtlikdir. Düşünürəm ki, biz burada olmağa layiqik. Keçirdiyimiz o hisslər, yaşadığımız o emosiyalar indi bizə burada da kömək etməlidir".
 
Millinin kapitanı iddialı açıqlama ilə yadda qalıb: "Biz heç vaxt olmadığı kimi mübarizə aparacağıq və sübut edəcəyik ki, təsadüfən Avro-2024-də deyilik".
 
Qeyd edək ki, Türkiyə - Gürcüstan matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

 

Seçilən
74
1
sport24.az

2Mənbələr