AZ

Türkiyədə çıxış edən azərbaycanlılar arasında ən bahalı futbolçu kimdi?

Dünyaca məhşur "Transfermarkt" portalı Türkiyə Birinci Liqasında çıxış edən azərbaycanlı futbolçuların transfer dəyərini yeniləyib. Sport24.az  xəbər verir ki, hazırda Birinci Liqanın ən dəyərli azərbaycanlı futbolçusu millinin və "Kocaelispor"un hücumçusu Ramil Şeydayevdir.
 
Onun hazırkı transfer dəyəri 1 milyon avrodur. Bu yerdə xatırladaq ki, onun qiymətində eniş yaşanıb. 
 
Yığmanın digər üzvü, "Ümraniyespor"un yarımmüdafiəçisi Coşqun Diniyevin transfer dəyəri isə dəyişməz qalıb və 650 min avro qiymətləndirilir.
 
"Boluspor"un hücumçusu Vüsal İsgəndərli və "Manisa"nın müdafiəçi Sərtan Taşkının dəyəri isə 250 min avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
sport24.az

2Mənbələr