AZ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ VƏ MİLLİ - MƏNƏVİ DƏYƏRLƏRİMİZ

Azərbaycan Respublikası tarixi və haqlı ərazi bütövlüyünü, eyni zamanda, suverenliyini təmin etdikdən sonra abadlıq və quruculuq işlərini qətiyyətlə davam etdirməkdə, inkişafa, tərəqqiyə, sülhə, humanizmə və əminəmanlıq kimi ali dəyərlərə tərəfdar olduğunu bir daha ortaya qoymuş oldu. Bir tərəfdən, tarixi Qələbənin gətirmiş olduğu qürurdolusu sevinc, bir tərəfdən, milli iqtisadiyyata inteqrasiya proseslərinin əlaqəli və ardıcıl olaraq davam etdirilməsi, bir tərəfdən, milli mənəvi dəyərlərimizin qorunması sahəsində mühüm addımların atılması daha yeni, daha mütərəqqi və daha qürurverici hədəflərin əlçatan olmasına zəmin yaratmış olurdu.

Artıq bu yeni hədəflərimiz Qərbi Azərbaycana qayıdışla daha dolğun olmaqla, ifadə olunmaqdadır. Məhz bu mənada da, bütün istiqamətlər kimi, elm və tədris proseslərinin gedişində də, müvafiq sahə üzrə mövzuların müəyyən olunması, aktual mövzuların araşdırılmalara cəlb olunması kimi məsələlər əhəmiyyətliliyinə görə seçilməkdədir. Qeyd etmək olar ki, Qalib ölkənin inkişaf edən Ali məktəbi olan Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə 21-22 iyun 2024-cü il tarixlərində keçiriləcək olan “Qərbi Azərbaycana qayıdış” festival-konqresdə müstəqil və qüdrətli Azərbaycan dövlətinin keçmişdən bu günə qədər olan bütün inkişaf mərhələlərinə işıq salınır, tarixi, iqtisadi, sosial, mədəni, hüquqi və digər sahələr üzrə genişmiqyaslı tədqiqat materialları ələ alınmaqdadır.

Bildirmək olar ki, Festival-konqresin keçirilməsi məqsədilə, tərtib olunan proqramda:

- Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar;

- Qərbi Azərbaycan: dil faktları və toponimika;

- Qərbi Azərbaycan ədəbiyyatı və folkloru;

- Qərbi Azərbaycanda elm və təhsil;

- Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri;

- Qərbi Azərbaycanın təbii sərvətləri;

- Qərbi Azərbaycanın mədəni sərvətləri mövzuları üzrə bölmələrdən ibarət olmaqdadır. Festival-konqresdə 260-dan çox məruzənin dinlənilməsi nəzərdə tutulmuşdur. Mövzulardan da aydın olur ki, Qərbi Azərbaycanla bağlı olaraq hərtərəfli inkişafın təmin olunması sahəsində fəaliyyət sferaları, müasir milli iqtisadi reallıqlar, sosial, mədəni, hüquqi, tarixi amillər müstəvisində daha mütərəqqi olmaqdadır.

Bu, bir həqiqətdir ki, Naxçıvan Dövlət Universitetinin mühüm və əhəmiyyətli tədbirlərin keçirilməsi sahəsində güclü təcrübəsi də olmaqdadır. 18-21 iyun 2022-ci il tarixlərində I Beynəlxalq Tibbi Forumun, 23-24 noyabr 2023-cü il tarixlərində isə “Qərbi Azərbaycana qayıdışa gedən yol” Konqresinin keçirilməsində universitetimizin uğurlu ev sahibliyinin olması, bu sahədə daha uğurlu nəticələrin ifadəsi olmaqdadır. Bütün bu kimi, tədbirlərin ardıcıllığında Naxçıvan Dövlət Universitetinin reallaşdırmış olduğu tədbirlər, elmi və beynəlxalq konfranslar, eyni zamanda, səmərəli layihələr, həmçinin ideya və təşəbbüslər, bütün tərəflərinə görə, artan aktuallığı ilə seçilməkdədir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək olan festival-konqres milli mənəvi dəyərlərimizin daha da güclü əsaslarla qorunmasına təminat yaratmış olacaq. Diqqət etdikdə aydın olur ki, festival, ölkəmizin və bizimlə tərəfdaş və dost olan ölkələrin elm adamlarının birgə düşüncəsinin, elmi və təcrübi sahələr üzrə təşəbbüslərinin, nəticə və təkliflərinin, sanballı elmi əsaslandırmalarının, iqtisadi, mədəni, hüquqi, tarixi, sosial və digər sahələr üzrə gəlmiş olduqları qənaətlərinin vəhdəti müstəvisində də olduqca yararlı olacaqdır. Təbii olaraq, bütün bunlar bir daha göstərmiş olur ki, bu cür tədbirlər, Tarixi Zəfərimizin gətirmiş olduğu yeni reallıqlar əsasında olduqca əhəmiyyətli olmaqdadır. Buna görə də, Qərbi Azərbaycana qayıdış, hər birimiz üçün qürurverici olmaqla, ali məktəbimizin bu sahədəki təşəbbüslərinin nə qədər əhəmiyyətli olduğunu bir daha ortaya qoymaqdadır.

Naxçıvan Dövlət Universitetində 21-22 iyun tarixlərində keçiriləcək olan Qərbi Azərbaycana qayıdış festival-konqreslə bağlı olan hazırlıq işləri yüksək səviyyədə davam etməkdədir. Ölkəmizin dilbər güşələrindən biri olan Batabat yaylağında reallaşacaq festival tarixi ənənələrimizin qorunması, müasir yanaşmanın ələ alınması, tarixi ərazilərimizə qayıdışın və qovuşmanın iftixarı baxımından olduqca əhəmiyyətli olacaqdır.

Bu məqsədlə, Batabat Yaylağında Qərbi Azərbaycanla bağlı olan obaların qurulması, ərazinin festival üçün uyğun vəziyyətə gətirilməsi, müvafiq təsisatların yaradılması işləri uğurla davam etməkdədir.

El ağsaqqalı Dədə Qorqudun xeyir duası ilə başlanacaq olan, Festival-konqresdə Qərbi Azərbaycan tarixi, ənənələri, mədəniyyəti ilə bağlı olan 11 çadır-oba olacaq. Eyni zamanda, müvafiq mövzu üzrə kitab, kulinariya, memarlıq, idman oyunları sərgiləri təşkil olunacaq.

Eyni zamanda, festival-konqresin gedişində Qərbi Azərbaycan adət və ənənələrinə xas olan dəyərlər çərçivəsində iki gəncin toy şənliyinin də keçirilməsi nəzərdə tutulmuşdur. Həmin şənliyin keçirilməsi üçün də toy çadırı qurulmaqdadır. Burada, söz kəsilməsi, nişan qoyulması, toya hazırlıq işlərinin aparılması, milli və mənəvi dəyərlərimizə müvafiq qaydada olmaqla, toyun keçirilməsi də məhz tarixiliklə müasirliyin vəhdəti olmaqla, həmin festival-konqresin gedişində gerçəkləşmiş olacaq.

Bir sözlə, hər birimiz üçün sonsuz qürur gətirmiş olacaq bu tədbirlər, bu günümüzdən gələcəyimizə olduqca mühüm və əhəmiyyətli mədəni irs, yüksək milli dəyərlər və böyük iftixar ərmağan edəcək. Əlbəttə ki, bunlar malik olduğu yüksək mahiyyətinə görə gələcək nəsillərin qürur və istinad mənbəyinə çevrilmiş olacaq. Bununla yanaşı, festival-konqres, ölkəmizin dayanıqlı milli iqtisadiyyatı, etibarlı sosial siyasəti və bu müstəvidə uzunmüddətli prioritetləri üçün olduqca əhəmiyyətli olacaq.

Xeyirli olsun.

Cavadxan Qasımov

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
missiya.az

1Mənbələr