AZ

"Boston" NBA çempionu oldu

Bu gün, iyunun 18-də Bostonda Milli Basketbol Assosiasiyasının (NBA) pley-off mərhələsinin final seriyasının "Boston Seltiks" və "Dallas Maveriks" komandaları arasında beşinci oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, meydan sahibləri 106:88 hesabı ilə qalib gələrək 2023/2024 mövsümünün çempionu olublar (seriyada 4-1). Matçın ən məhsuldar oyunçusu "Boston"un  forvardı Ceyson Tatum olub. O, 31 xal, 8 ribaund və 11 məhsuldar ötürmə edib. Onun komanda yoldaşı, Ceylen Braun 21 xal, 8 ribaund və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Dallas”ın ən məhsuldar oyunçusu tripl-dabl edən qolçu Luka Donçiç olub. O, 28 xal toplayıb, 12 ribaund və 12 məhsuldar ötürmə edib. Digər bir oyunçu Kayri İrvinq isə 15 xal, 3 ribaund və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
90deqiqe.az

1Mənbələr