AZ

Final seriyasının MVP-si məlum oldu

MBA-da final seriyası başa çatdıqdan sonra MVP-nin kimliyi açıqlanıb. “Boston Seltiks”in müdafiəçisi Ceylen Braun seriyanın ən yaxşı oyunçusu seçilib.

Braun seriyanı 20,8 xal, 5,4 ribaund və 5,0 asistlə bitirib. Onun atışlarının dəqiqliyi 44% təşkil edib. Qeyd edək ki, qarşılaşmalarda Braun rəqibin ən təhlükəli basketbolçusu Luka Donçiçə qarşı oyanyıb.

“Mən bu mükafatı komandadakı qardaşlarım və ortağım Ceyson Teytumla bölüşürəm”, – deyə Braun fikrini bu şəkildə ifadə edib.

Xatırladaq ki, Boston komandası “Dallas Maveriks”ə 4:1 hesabı ilə qalib gələrək MBA çempionu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
futbolinfo.az

1Mənbələr