AZ

Sabir Rüstəmxanlı bu şirkəti sərt tənqid etdi: “Yardımlıdayam, İrana xoş gəlmisiniz…”

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Azercell” şirkətini sərt tənqid edib.

TNS xəbər verir ki, deputat bu barədə özünün “Facebook” hesabında yazıb.

“Hörmətli Azercell! Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam! Sən hansı haqla və məsuliyyətsizliklə mənim telefonuma “İrana xoş gəlmisiniz…” mesajı göndərirsən? Sən axı “Azercell”sən, “İrancell” deyilsən!” – deyə Sabir Rüstəmxanlı qeyd edib.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
cebheinfo.az

2Mənbələr