Bu günlərdə Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan bölgə nümayəndələri ilə görüşüb.
“Cebhe.info” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazır:
“Qızğın müzakirələr aparılıb, Sarkisyan bildirib ki, yaxın vaxtlarda Qeqarkunik rayonunun demarkasiyası və delimitasiyası üzrə işlərə başlanılacaq”.
Qubernator qeyd edib ki, bölgədə sərhədlərin demarkasiyası prosesini şəxsən özü həyata keçirəcək; Eyni zamanda, Sarkisyan əmin edib ki, narahatlığa əsas yoxdur:
“O, əminliklə bəyan etdi ki, azərbaycanlılar heç bir problem yaratmayacaqlar”.
Sarkisyan özü isə məsələ ilə bağlı ona ünvanlanan suala cavabında "Mən həmişə sakinlərlə görüşürəm, amma bu mövzunun müzakirə edildiyini xatırlamıram",- deyib.