AZ

"100 dəqiqə ərzində Fransadan bir qol buraxmadıq" - Ralf Ranqnik

style='margin-bottom:10px;'>

"Aydındır ki, biz məyusuq. 100 dəqiqə ərzində Fransadan bir qol buraxmadıq. Bu, sadəcə bir uğursuz avtoqol idi, amma buna görə Maksı (Maksimilian Vöber) qınamayacağam".

QOL.az xəbər verir ki, bu sözləri Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün 1-ci turunda ötən gecə Fransaya uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O. avtoqolla məğlub olduqları matçı (0:1) belə şərh edib: "Yarımmüdafiədə güclü idik. Rəqibdən böyük təhlükə yox idi. İki əla şansımız oldu. Normalda belə bir vəziyyətdə qol vurardıq. Fransanın da şansları var idi. Düşünürəm ki, Didye Deşam çox xoşbəxt idi və bu, komandamın möhtəşəm performansını göstərir. Biz də səhvlər etdik, amma rəqibi də unutmayaq. Onlar qələbəyə layiqdirlər, lakin bizim də 2-3 yaxşı şansımız var idi.  Bu, bizim performansımızı göstərir. İndi isə gələcəyə baxmaq və cümə günü  Polşanı məğlub etmək haqda düşünməliyik".

Qeyd edək ki, Avstriya millisi iyunun 21-də 2-ci turun matçında Polşa ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
teleqraf.com

1Mənbələr