AZ

Cənubi Koreyadan sərt addım: İşə çıxmayan həkimlər...

Cənubi Koreya hökuməti tibb fakültələrinə qəbulun artmasına etiraz olaraq aksiya başladıb, tətilə çıxan həkimlərə işə qayıtması əmrini verib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, professor həkimlərin də qoşulduğu bu tətil aksiyasının aylardır davam etməsi hökuməti bu addımı atmağa məcbur edib.

Qanuna əsasən, işə qayıtma əmrini pozan həkimlər lisenziyalarının dayandırılması və ya digər hüquqi nəticələrlə üzləşə bilərlər.

Cənubi Koreya Prezidenti Yun Sok Yol isə həkimlərin tətilini “məyusedici” olaraq dəyərləndirib:

“Hökumətin xəstələrə laqeyd yanaşan qeyri-qanuni hərəkətlərlə sərt şəkildə mübarizə aparmaqdan başqa çarəsi yoxdur”.

Qeyd edək ki, Cənubi Koreya hökuməti kənd yerlərində təcrübəli həkim çatışmazlığını, eləcə də əhalisinin sürətlə qocalmasının səbəb olduğu xidmətlərə olan tələbatı aradan qaldırmaq üçün 2025-ci ildən tibb fakültəsinə qəbul olunan tələbələrin sayını artırmaqla bağlı qərar qəbul edib. Plana etiraz olaraq bir çox kursant həkimlər fevralın 20-dən tətil edirlər. Kursant işçi qüvvəsinin 93 faizini təşkil edən həkimlər 2025-ci ildən etibarən ildə 2000 əlavə tələbənin işə götürülməsinin xidmətlərin keyfiyyətinə xələl gətirəcəyini iddia edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
axar.az

3Mənbələr