AZ

Rusiyada 149 nəfər müəmmalı virusa yoluxub? - Xəstələrin sayı artır

Rusiyada botulizm xəstəliyinə yoluxduğu iddia edilən xəstələrin sayı 149-a yüksəlib.

News365.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. "112" Telegram kanalının yaydığı məlumata görə,  Moskvada 121, Nijni Novqorod və Kazanın hər birində isə 14 hal aşkarlanıb.

Əvvəlcə xəstələrin fərqli səbəblərdən xəstələndikləri iddia olunsa da, artıq botulizm diaqnozunun əksəriyyəti laboratoriya müayinələri ilə təsdiqlənib. Xəstəxanaya yerləşdirilənlərin yarıdan çoxunun vəziyyəti ağırdır. Bir neçə xəstə hətta süni nəfəs aparatına qoşulub.

Saytlar xəstələrin bu yaxınlarda lobyavə tuna balıqlı salat sifariş verdiklərini iddia ediblər.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
news365.az

1Mənbələr