AZ

"ABŞ ukraynalı pilotların F-16 təlimlərini qəsdən gecikdirir" - Britaniya nəşri

Ukraynanın F-16-lar üçün kifayət qədər pilot hazırlamağa vaxtı yoxdur. ABŞ ukraynalı pilotların F-16 təlimlərini qəsdən gecikdirir.

"AzPolitika" xəbər verir ki, bu barədə Britaniyanın "The Times" nəşri yazır.

Nəşr Ukrayna mənbələrinə istinadla bildirir ki, bu səbəbdən ilin sonuna qədər kifayət qədər ukraynalıya təlim keçməyə vaxt olmayacaq.

"Parlamentin silah və sursat üzrə xüsusi komissiyasının rəhbəri Aleksandra Ustinovanın sözlərinə görə, gecikmə Ukraynanın ilin sonuna qədər F-16-ları idarə etmək üçün tam təlim keçmiş cəmi 20 pilota sahib olması deməkdir", - deyə nəşr əlavə edib.

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
azpolitika.info

3Mənbələr