AZ

Gürcüstan millisinin baş məşqçisi: "“Türkiyənin güclü tərəflərini sadalasaq, çox vaxt aparacaq"

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Türkiyə ilə AVRO-2024 oyunu öncəsi mətbuat konfransında danışıb.

Sportal.az xəbər verir ki, UEFA-ya danışan fransalı mütəxəssisi bu görüşdə komandasının şanslarından söz açıb:

"Bu, Türkiyə üçün də ilk matçdır, bizim üçün də. Tək təzyiqdə olan tərəf biz olmayacağıq. Türkiyənin güclü tərəflərini sadalasaq, vaxt aparacaq. Bizi güclü qarşıdurma gözləyir. Pley-offda uğur qazanandan sonra bəzi oyunçular öz işinə qayıtmaqda bir az çətinlik çəkdilər. Axı onlar inanılmaz bir mənəvi yüksəliş yaşadılar. Ancaq bir nöqtədə siz qayıtmalı və mümkün qədər yenidən diqqətli olmalısız. Təlim-məşq toplanışı başlayandan bu haqda danışırıq. Artıq futbolçular turnirə hazırdırlar. Təsdiq edə bilərəm ki, bizim intizam və düzgün münasibətlə bağlı heç bir problemimiz yoxdur".

Qeyd edək ki, Türkiyə - Gürcüstan matçına bu gün Bakı vaxtı ilə 20:00-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
sportal.az

1Mənbələr