AZ

On üçüncü mərtəbədən yıxıldı - Həkimlər ağır birləşmiş zədəsi olan adamı xilas etdilər

Otuz üç yaşlı kişi on üçüncü mərtəbədən yıxılaraq xəstəxanaya yerləşdirilib. Diaqnostika zamanı onun kəllə-beyin travması, qabırğa, qolun sınığı, bud sümüyünün yerindən çıxması müəyyən edilib.


Aztibb.az xəbər verir ki, bu barədə “Actual News” məlumat yayıb.


Rusiyada baş verən bu hadisədən sonra xəstə komada olub və təcili olaraq süni nəfəs aparatına qoşulub. Vəziyyəti stabilləşdikdən sonra o iki mərhələdə cərrahi əməliyyata hazırlanıb.


Minimal invaziv ponksiyon yanaşmaları vasitəsilə travma şöbəsinin həkimləri zədənin nəticələrini aradan qaldırmaq üçün osteosintez həyata keçiriblər.


Qeyd olunur ki, iki əməliyyat zamanı xüsusi metal konstruksiyalar vasitəsilə ön qol və bud sümüyünün fraqmentləri bərkidilib. Ümumilikdə, xəstə təxminən yüz iyirmi gün xəstəxana şəraitində keçirib və bundan sonra ambulator müalicə üçün evə buraxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
aztibb.az

1Mənbələr