AZ

Vaqif Heydərili: “Yalnız "Qarabağ"dan nəsə gözləmək olar”

"Yay transfer dönəmində səs-küylü keçidlərin olacağını düşünmürəm. Bu yöndə yalnız "Qarabağ"dan nəsə gözləmək olar". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Heydərli deyib.
Tanınmış agent avrokuboklara yollanan klubların hazırda "transfer bazarı"nda daha fəal olduğunu da vurğulayıb: "Avrokuboklarda iştirak edəcək klublarımızın indiki məqamda "transfer bazarı"nda daha aktiv olması başadüşüləndi. Onlar digər elita təmsilçiləri ilə müqayisədə mövsümə daha tez başlayacaqlar. Hələlik "Qarabağ" xorvatiyalı qolkiperi "rənglərinə bağlayıb", "Zirə" bu yöndə fəallıq göstərir. Qarşıdakı günlərdə "Sabah" və "Sumqayıt"ın da yeni futbolçularla müqavilə bağlayacağı şübhə doğurmur. Fikrimcə, qaşıdakı iki həftə ərzində "transfer bazarı"nda hərəkətlilik olacaq".
 
Qeyd edək ki, Azərbaycanda "transfer pəncərəsi" iyunun 25-dən sentyabrın 16-dək açıq olacaq. ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
sport24.az

1Mənbələr