AZ

Bu gün "Zirə"nin ilk rəqibi müəyyənləşir

Bu gün Avropa Liqasında 2024/25 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq. Sport24.az xəbər verir ki, UEFA-nın İsveçrədəki Futbol Evində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
 
Premyer Liqanın gümüş mükafatçısı "Zirə"nin də ilk rəqibi bəlli olacaq. "Qaratallar" püşkatmada səpələnməmişıər səbətində yer alacaq.
 
Qəsəbə təmsilçisinin 6 mümkün rəqibi var. Bunlar "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Tobol" (Qazaxıstan), "Visla" (Krakov, Polşa), "Pafos" (Kipr) və "Paksi"dir (Macarıstan). Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab matçları 18-də keçiriləcək.
 
Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşkü sabah atılacaq. "Qarabağ"ın Çempionlar Liqasında, "Sabah"la "Sumqayıt"ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin "Zirə"nin növbəti raundda qarşılaşa biləcəyi komanda bəlli olacaq.

Seçilən
3
12
sport24.az

10Mənbələr