AZ

COP29-la bağlı bütün işləri vaxtında çatdıracağıq - Yalçın Rəfiyev

Bakı. Trend:

COP29-da nə qədər ölkənin iştirak edəcəyi barədə indidən proqnozvermək tezdir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasındaxarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

Nazir müavini bildirib ki, təşkilati məsələlər və hazırlıqlarvaxt cədvəlinə uyğun olaraq qaydasında gedir.

"Bütün işləri vaxtında çatdıracağıq", - deyə o əlavə edib.

COP29 ərəfəsində quru sərhədlərinin açılması ilə bağlı məsələyəmünasibət bildirən nazir müavini bu məsələ ilə bağlı münasibbildirməyin Nazirlər Kabinetinin səlahiyyətində olduğunu diqqətəçatdırıb.

Qeyd edək ki, Bakıda COP29-dan dan qabaq hər il keçirilən“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işəbaşlayıb. Sammitin məqsədi səhiyyə sahəsində qazanımların, iqlimdəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqətyetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləribir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baştutmuş sammitin uğuruna əsaslanacaq.

Əlavə edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmazhissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Buil yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə vəinkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışlarımüzakirə etmək üçün bir araya gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
6
az.trend.az

7Mənbələr