AZ

"Paşinyan daha 4 kəndi Azərbaycana verməyə hazırlaşır...”

“Paşinyanın Sünikə(Zəngəzur-S.L.) səfəri, şübhəsiz ki, digər mərzlərə də səfəri kimi respublikanı referendum prosesinə hazırlamaq məqsədi daşıyır”.
 
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə bunu Ermənistan parlamentinin terrorçu eks-prezident Serjik Srkisyanın siyasi blokundan olan deputatı Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.
 
“İş ondadır ki, Azərbaycanla əldə olunan razılaşmaya əsasən, Ermənistan  hökuməti daha 4 kəndi Azərbaycana təhvil verməyə hazırlaşır. Ararat mərzindəki Tiqranaşen(Kərki-S.L.), Tavuşda isə Sofulu, Barxudarlu və Verin Voskepar(Aşağı Əskipara) kəndləri.
 
Bu kəndlərin Ermənistan qanunvericiliyinə görə ərazi bütövlüyümüzün bir hissəsi olduğunu nəzərə alsaq, onların təhvil verilməsi yalnız referendum yolu ilə həyata keçirilə bilər”, -deyə T.Abramyan bildirib.
 
Xatırladaq ki, Ermənistan Baş naziri N.Paşinyan dünən Zəngəzur ərazisindəki sərhədyanı kəndlərə səfəri zamanı Nikol Paşinyan deyib ki, Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa, Ermənistanda referendum keçirməlidir. “Biz düzgün başa düşməliyik - Azərbaycanla yeni sərhəd formalaşdırmırıq, biz sovet dövrünün sərhədlərini bərpa edirik", - deyən Paşinyan bildirmişdi ki, növbəti delimitasiya buradan(Zəngəzurdan) başlaya bilər...
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
moderator.az

1Mənbələr