AZ

Yuxuda zinət əşyası görmək nə deməkdir?

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Yuxu yozmaları və terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Bir çoxları iddia edir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. Amma təbii ki, bununla bağlı dəqiq söz demək çətindir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də zinət əşyalarıdır.

Bəs, yuxuda zinət əşyaları görmək hansı mənaya gəlir?

OXU24.COM  yuxuda zinət əşyaları görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Yuxuda ləl-cəvahirat görmək bəxtin açılmasına, bəxti gətirən dövrə, bolluq qapılarının açılmasına yozulur. Yuxuda zinət əşyaları görmək sevgi rəmzi kimi tanınır. Həmişə yaxşı, gözəl, xoşbəxtlik və sevgi kimi yozulur. Xəyallar insan şüurunun universal fəaliyyətidir. Yuxuda verilən məna və mesajlar ruhani ifadə kimi hər bir fərddə mövcud olan bir gücdür. Yuxular peyğəmbərlikdən uzaq olsa da, əksinə, insan şüurunun yaradıcılığını ortaya qoyur və bəzi mesajlar da ehtiva edir. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
oxu24.com

1Mənbələr