AZ

NBA-da yeni rekord

NBA-da 2023/24 mövsümünün çempionu bəlli olub.

İdman.biz xəbər verir ki, final seriyası 5-ci matçda yekunlaşıb.

“Boston Seltiks” “Dallas Maveriks”i qəbul edib. Meydan sahibləri 106:88 hesabı ilə qalib gəliblər.

Bununla da, Boston təmsilçisi seriyada 4:1 hesablı qələbə qazanıb. Bu, klubun tarixində 18-ci çempionluq olub.

“Seltiks” NBA tarixində mütləq rekorda imza atıb. Bostonlular 17 çempionluğu olan “Los-Anceles Leykers”i arxada qoyub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
idman.biz

1Mənbələr