Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün qrup mərhələsinin ilk turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, 5-ci oyun günündə F qrupu çərçivəsində iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında Türkiyə və Gürcüstan yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Dortmund şəhərində baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
Bu qrupun digər oyunu saat 23:00-da Portuqaliya və Çexiya yığmaları arasında Leypsiqdə keçiriləcək.
AÇ-2024
F qrupu
18 iyun
20:00. Türkiyə – Gürcüstan
Baş hakim: Fakundo Telyo (Argentina).
Dortmund. “Siqnal İduna Park”.
23:00. Portuqaliya – Çexiya
Baş hakim: Marko Quida (İtaliya).
Leypsiq, “Red Bull Arena”.