Türkiyədə piknik sahəsində iki qrup arasında dava düşüb.
News24.az xəbər verir ki, onlar bir-birlərinə dəyənəklərlə hücum ediblər. İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Həmin anlar bir vətəndaş tərəfindən lentə alınıb.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə