AZ

İsrail İordan çayının qərb sahilində 600-dan çox uşağı həbs edib

Bakı. TurkicWorld:

İsrail İordan çayının qərb sahilində 600-dan çox uşağı həbs edib.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyindən yazılı açıqlama verilib.

İsrailin Qəzza zolağına hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal etdiyi İordan çayının qərb sahilində 640 uşağı saxladığı və bəzilərinə işgəncə verdiyi bildirilib.

Açıqlamada İsrail həbsxanalarında təxminən 250 uşağın işgəncələrə məruz qaldığı, Qəzza zolağından nəzarətə alınan bir qrup uşağın da İsrailin şimalındakı həbsxanada saxlanıldığı qeyd edilib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
turkic.world

1Mənbələr