AZ

Ursula von der Leyen Aİ-nin qeyri-rəsmi iclasını vaxtından əvvəl tərk edib

Avropa İttifaqı ölkələrinin liderləri Avropa Parlamentinə seçkilərdən sonra Aİ-ni qarşıdakı 5 il ərzində idarə edəcək adları müəyyən etmək üçün qeyri-rəsmi sammitdə bir araya gəlib.

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin liderləri İttifaqın yüksək icraedici vəzifələrindən olan Aİ Şurası, Aİ Komissiyası və Avropa Parlamentinin (AP) sədrliklərinə uyğun gördükləri adlarla bağlı danışıqlar aparmaq üçün Brüsseldədirlər.

Qeyd edilib ki, dəyirmi masa ətrafında bir araya gəlməzdən əvvəl AP-dəki üç ən böyük qrup, Avropa Xalq Partiyası (APP), Sosialistlər və Demokratlar (S&D) və Avropanı Yeniləyin (RE) liderləri iki nəfərdən ibarət qruplar şəklində bir araya gəlib.

İclaslarda APP adından Polşanın Baş naziri Donald Tusk və Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis, S&D adından Almaniya kansleri Olaf Şolz və İspaniyanın baş naziri Pedro Sançes, RE adından Belçikanın Baş naziri Alexander De Kroo və Estoniyanın Baş naziri Kaja Kallas iştirak edib.

Seçkilərdə əhəmiyyətli uğurlar qazanan millətçi,

Avropa İttifaqı əleyhdarı və ifrat sağçı partiyaların yaratdığı Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun (ECR) yeganə nümayəndələri İtaliyanın baş naziri Giorgia Meloni və Çexiyanın baş naziri Petr Fialanın keçirdiyi ikitərəfli görüş də diqqət çəkib.

AB Komissiyasının sədri Ursula von der Leyen liderlərlə görüşüb, qısa müraciət edib və nahar başlamazdan əvvəl zalı tərk edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
aznews.az

2Mənbələr