AZ

"Uzaqgörən siyasət"... Beyin hüceyrələrimiz biz yatarkən gələcəyi təxmin etməyə çalışır

Yeni bir araşdırmaya görə, beynimiz yalnız yuxu zamanı xatirələrimizi təşkil etmir. O, həm də gələcəyi proqnozlaşdırmağa çalışır. Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, yuxuya getdiyimiz zaman beynimizdəki fəaliyyətlər bitmir, fərqli funksiyalar yerinə yetirilir; Məsələn, yaddaşımız özünü təşkil edir, yaşadıqlarımızı xatirələrə çevirir və qeyd edir. Yeni bir araşdırmaya görə, beynimiz də irəliyə baxır və görəcəyimiz işləri düşünür. Miçiqan Universitetinin tədqiqatçıları yuxu və oyaqlıq zamanı siçanların beyinlərindəki siqnalları araşdırıblar. Siçanların labirintlərdəki sınaqlara qatılmadan əvvəl, labirintdə və labirintdən çıxdıqdan sonra beyin fəaliyyətləri araşdırılıb və toplanan məlumatlar siçanların istirahətdə olan beyin fəaliyyətləri ilə müqayisə edilib. Neyronlar təkcə xatirələri təşkil etmir Tədqiqatçılardan biri, Miçiqan Universitetindən anestezioloq Kamran Diba: "Biz hər bir fərdi neyronun fəaliyyətini digər neyronların fəaliyyəti ilə əlaqələndirməklə bu problemin öhdəsindən gəldik. Neyronların üstünlüklərini hətta stimul olmadan da izləyə bilmək bizim üçün vacib bir irəliləyiş idi", - deyib. Yeni yanaşma nəinki fiziki məkanları real vaxtda xüsusi neyron fəaliyyətləri ilə əlaqələndirdi, həm də siçanlar yatarkən belə neyron fəaliyyətlərinin xəritəsini tərtib etməyə imkan verdi. Bu, neyron fəaliyyətinin xüsusi yerlərlə necə əlaqələndirildiyini araşdıraraq, məkan tənzimləmə tədqiqatlarını mümkün etdi. Tədqiqatçıların fikrincə, yuxu zamanı edilən bu fəaliyyətlər, sözün əsl mənasında, siçanların zehnini ikinci dəfə labirentə salıb və siçanlar yenidən labirintə qayıtdıqda daha uğurlu olub. Neyroloq Kaleb Kamere: "Yuxuda bütün bu neyronların təcrübənin yaddaşını fiksasiya etməsi mütləq deyil. Məlum oldu ki, bəzi neyronlar başqa bir şey etməyə başlayır", - deyə qeyd edib. Araşdırma "Nature" jurnalında dərc olunub. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
bizimyol.info

1Mənbələr