AZ

Meksikada yeni seçilmiş bələdiyyə sədri öldürüldü

Meksikada solçu “Mexico Advance” regional partiyasından Herrero ştatının Kopala bələdiyyəsinin meri seçilən Salvador Villalba Flores sifarişlə qətlə yetirilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştat prokurorluğunun press-relizində deyilir.

Villalba Hərbi Dəniz Qüvvələrinin istefadakı kapitanı idi və Meksika Milli Qvardiyasının himayəsində olub.

Məlumata görə, seçilmiş mer Mexikodan Kopalaya gedərkən silahlı şəxslər onun avtomobilinin qarşısını kəsib və odlu silahla vurulub.

Villalba oktyabrın 1-dən Kopala meri vəzifəsinə başlamalı idi.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
12
bakupost.az

10Mənbələr