AZ

Dünya çempionatına Nyu-York evsahibliyi edəcək

Şahmatın rapid və blits növləri üzrə dünya çempionatının təşkilatçı ölkəsi bəlli olub.

İdman.biz xəbər verir ki, mundial ilin sonunda Nyu-Yorkda keçiriləcək.

Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FİDE) məlumat yayıb. Açıqlamada FİDE-nin dünya çempionatının Nyu-Yorkda təşkilini çoxdan arzu etdiyi bildirilib.

Qeyd edək ki, kişilərin mübarizəsində rapid və blits üzrə hazırki dünya çempionu Maqnus Karlsendir. Qadınların yarışında isə rusiyalılar Anastasiya Bondaruk rapid, Valentina Qunina isə blitsdə yarışın qalibi olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
idman.biz

3Mənbələr