AZ

FutbolBelçika millisinin baş məşqçisi: Futbolçular nəticəyə görə məyusdurlar

Təbii ki, futbolçular nəticəyə görə məyus oldular.

"Report"un məlumatına görə, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində Slovakiyaya uduzduqları (0:1) matçdan sonra deyib.

Mütəxəssis çoxlu qol vəziyyətləri yaratdıqlarını, lakin bunlardan istifadə edə bilmədiklərini söyləyib: "Gec-tez məğlub olacağımızı bilirdim. Təəssüf ki, bu gün baş verdi. Komandaya yaxşı oynamaq üçün az məsləhət verə bilərəm. Qol vursaydıq, qarşılaşma daha asan keçərdi".

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Seçilən
103
2
far.az

4Mənbələr