AZ

Apple şirkətini 2 qadın məhkəməyə verdi

"Apple" şirkəti iki qadın işçisi tərəfindən məhkəməyə verilib.
 

Sfera.az xəbər verir ki, onlar düşünürlər ki, şirkət qadınlara qarşı ayrı-seçkilik edir. Xüsusən də bu, şirkətin qadın işçilərinin maaşında özünü göstərir. İddiaçılar eyni işi gördükləri üçün kişi həmkarlarından az maaş aldıqlarını bildiriblər. İddia Kaliforniya məhkəməsinə iyunun 13-də təqdim edilib.
 

İki iddiaçı qadın Justina Chon və Amina Salgado da bildiriblər ki, şirkətdə kişilərə qadınlarla müqayisədə komanda işi və liderlik üçün daha çox maaş verilir və ümumiyyətlə, kişi işçilərin gördüyü iş daha yüksək standartlarla qiymətləndirilir. Justina Chon eyni işi görərək kişi həmkarından on min dollar az qazandığını, təsadüfən kişi həmkarının vergi bəyannaməsini görəndə anladığını deyjb.


İnci

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
sfera.az

1Mənbələr