AZ

Blinken Səudiyyə şahzadəsi ilə Qəzzanı müzakirə etdi

ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığı apararaq Qəzza zolağında böhranın həlli və münaqişədən sonra fəaliyyətlərin əlaqələndirilməsini müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Dövlət katibi və xarici işlər naziri Qəzzada sabit atəşkəsə nail olmaq, bütün girovların azad edilməsini təmin etmək, Qəzzada humanitar yardımı artırmaq üçün davam edən səyləri, münaqişədən sonra koordinasiyanı müzakirə ediblər.

Blinken BMT əməkdaşlarının Yəmən husi üsyançıları tərəfindən saxlanılmasından və Qırmızı dənizdə gəmilərə qarşı davam edən hücumlardan da narahatlığını ifadə edib",- məlumatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
4
axar.az

5Mənbələr