AZ

Avropa Bankı Türkiyə və Qafqaza yeni direktor təyin etdi

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktor təyin edib.

Musavat.com Bankın yaydığı açıqlamaya istinadən xəbər verir ki, bui vəzifəyə Elizabet Falcetti təyin olunub.

Bankın açıqlamasında bildirilir: “Bu il bizim illik toplantımız Yerevanda baş tutdu və biz Qafqazın potensialının bir daha şahidi olduq. Biz islahatlar üçün investisiya və siyasət dialoqu vasitəsilə özəl sektorun və əsas infrastrukturun inkişafını dəstəkləyərək Ermənistan, Azərbaycan və Gürcüstan iqtisadiyyatlarının inkişafı istiqamətində işimizi davam etdirəcəyik”.

Məlumatda qeyd olunur ki, Falcetti yeni vəzifəsinin icrasına avqustun 1-də başlayacaq.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
musavat.com

1Mənbələr