AZ

İki qatar toqquşdu biri göydən asılı qaldı

Hurriyyet.az xarici mətbuata istinadən xəbər verir ki,Hindistanın Qərbi Benqal əyalətində yük qatarı ilə sərnişin qatarı toqquşub.Qəzada 8 nəfər ölüb, təxminən 60 nəfər yaralanıb.Yeni Jalpaiquri bölgəsində səhər saatlarında baş verən qəzadan sonra sərnişin qatarının 3 vaqonu relsdən çıxıb, 1 vaqon havada asılı qalıb. Hadisə yerinə çoxlu axtarış-xilasetmə qrupu və təcili yardım maşınları göndərilib.

 

 

 

Hindistan'da

 

                                                                Ötən il qatar qəzalarında 290 nəfər həlak olub.

Səlahiyyətlilər qəzaya "insan səhvi"nin səbəb ola biləcəyini və ətraflı araşdırma aparılacağını açıqlayaraq, "İlkin araşdırmaya görə, yük qatarının maşinistinin siqnalı nəzərə almadığı görünür" deyə qeyd edib.

Onu da qeyd edək ki , keçən il Hindistanın Orissa əyalətində üç qatarın iştirakı ilə baş verən qəzada təxminən 290 nəfər ölüb, mindən çox adam yaralanıb.

Seçilən
173
hurriyyet.az

1Mənbələr