AZ

Rauf Rüstəmli “Şamaxı”da

“Sabah”ın gənc yarımmüdafiəçisi Rauf Rüstəmli növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq “Şamaxı”ya keçib.

Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, 20 yaşlı mərkəz yarımmüdafiəçisi qarşıdakı mövsümdə icarə əsasında “Şamaxı”nın formasını geyinəcək. “Sabah”ın əvəzedicilərdən ibarət komandasının üzvü 2025-ci ilin 30 iyununa kimi “Şamaxı”da çıxış edəcək.

Rauf Rüstəmli “Qəbələ”nin yetirməsidir. O, 2023-cü ilin iyul ayından “Sabah”da forma geyinir.

“Şamaxı” daha öncə Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”) və Rüfət Abbasovu (“Neftçi”) da heyətinə qatmışıd. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də “Şamaxı”ya qayıdıb. Səbayıl Bağırov, Abdulla Seydəhmədov və Emin Zamanovla da yeni müqavilə imzalanıb. Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov və Salman Ələsgərov isə “Şamaxı”nı tərk ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
arena.az

1Mənbələr