AZ

Təyyarə motorunda yanğına görə təcili eniş etdi

“Boeing 737” tipli təyyarə mühərrikində yanğın baş verərək təcili eniş edib.

Teleqraf.com Avstraliyanın ABC News telekanalına istinadən xəbər verir ki, Yeni Zelandiyada “Virgin Australia” aviaşirkətinə məxsus “Boeing 737” tipli təyyarə Avstraliyanın Melburn şəhərindən havaya qalxıb. Bir müddət sonra mühərrikdə baş verən yanğın səbəbindən təyyarə İnverkargil hava limanına eniş edib.

"Virgin Australia Airlines"in rəhbərliyinin açıqlamasına görə, motorun yanmasına səbəb havada quşun mühərrikə dəyməsidir.

Təyyarədə olan 67 sərnişin və 6 ekipajın sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verilməyib


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
teleqraf.com

2Mənbələr