AZ

Türkiyə aeroportlarda şəxsi baqajların yoxlanılması prosedurlarını SƏRTLƏŞDİRƏCƏK

Türkiyə hava limanlarında şəxsi baqajın yoxlanılması qaydalarını və prosedurlarını sərtləşdirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.

“Çikaqo Konvensiyası, Beynəlxalq Mülki Aviasiya Sazişinin şərtlərinə uyğun olaraq hava limanlarında təhlükəsizlik və yoxlama prosedurlarını dəyişdirən qanun layihəsi Qurban bayramından sonra Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında müzakirəyə çıxarılacaq”. bəyanatda deyilir.

Qanun qəbul olunarsa, sərnişinlərin və onların şəxsi əşyalarının terminalın girişində və minmə zonasına daxil olarkən əl ilə yoxlanması məcburi olacaq. Bu həm şəxsi baqaja, həm də elektron cihazlara aiddir.
Yoxlamadan imtina edildiyi halda, sərnişin hava limanına və ya yola salınma zonasına buraxılmayacaq. Yoxlama polis nəzarəti altında özəl mühafizə xidmətinin əməkdaşları tərəfindən aparılacaq. Bütün digər yüklər üçün də oxşar rejim tətbiq edilir.

Qeyd olunur ki, bu dəyişikliklər beynəlxalq standartlara uyğun olmaqla yanaşı, daxili təhlükəsizlik tədbirlərini də gücləndirəcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
bizim.media

1Mənbələr