AZ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ - Baş verən zəlzələlər çökəkliklər yaradıbVİDEO

Baş verən zəlzələlər xəzərin sahil hissələrində də çökəkliklər yaradıb.

Xezerxeber.az-ın xəbərinə görə, Hövsan qəsəbəsi ərazisindəki çəkiliş apardiğimiz bu çimərlikdə də əslində çimmək tövsiyə edilmir lakin demək olar ki, ərazidə yaşayan sakinlərin əksəriyyəti elə bu əraziyə üz tuturlar.

Ekspertlərin sözlərinə görə, nəzarət olmayan belə ərazilərdə çimmək isə batma təhlükəsini birə-beş artırır.

Məsələ ilə bağlı FHN-dən “Xəzər Xəbər”ə verilən məlumata görə, aprel ayından etibarən ölkə ərazisində sahilboyu monitorinqlər keçirilir.

Məqsəd təhlükəli ərazilərin müəyyən edilməsidir. Dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, yarğan, qəfləti dərinlik kimi təhlükələrin vaxtında aşkar edilməsi üçün işlər görülür. Hansı hissədə belə təhlükələr varsa, sualtı nişanlar qoyulur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
38
xezerxeber.az

10Mənbələr