AZ

Paytaxtda su problemi - Gecə 02:00-dən sonra verilirVİDEO

Havaların biraz isti keçməsi özü ilə bəzi problemlər də gətirib.

Xezerxeber.az-ın xəbərinə görə, Suraxanı rayon Hövsan qəsəbəsidir. Elman Qasımov küçəsi 20 ünvanında yaşayan sakinlər iddia edirlər ki, 9 mərtəbəli binada bir neçə gündür suyun təyziqi azalıb.

Suyun təyziqi az olduğu üçün 108 ailə  suya olan təlabatlarını ödəmək üçün kənardan evə su daşıyırlar. Havaların biraz isti keçməsi vəziyyəti daha da çətinləşdirib.

Sakinlər onu da əlavə etdilər ki, su təkcə 9-cu mərtəbəyə yox, hətta 1-və 2-ci mərtəbəyə də zəif gəlir.

Məsələ ilə bağlı Suraxanı rayon Su Kanal idarəsindən ''Xəzər Xəbər''ə bildirdilər ki, qeyd edilən ünvana baxış keçirilib. ''Həmin binanın yuaxrı mərtəbəsində də su var. Sadəcə mövsümlə əlaqədar suya təlabat ardtığından təyziq aşağıdır'', -deyə idarədən bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
172
48
xezerxeber.az

10Mənbələr