AZ

Türkiyə Prezidenti: Biz gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək niyyətindəyik

Türkiyə

Ankara, 17 iyun, AZƏRTAC

Türkiyə səlahiyyətliləri gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün ətraf mühitin mühafizəsinə dair tədbirləri davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 17 İyun - Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü ilə əlaqədar sosial şəbəkələrdə dərc olunmuş paylaşımında deyilir.

Türkiyə lideri bildirib ki, təkcə son 21 ildə ölkədə 7 milyard ting əkilib.

“Ətraf mühitin qorunması üçün qəti addımlar davam etdiriləcək”, - deyə Ərdoğan əmin edib.

Bu arada Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyində bildirilib ki, torpaq eroziyasına qarşı mübarizə ilə bağlı səylər təkcə ölkə ərazisini əhatə etmir, həm də beynəlxalq təcrübə mübadiləsi aparılır. Son illər türkiyəli ekspertlər tərəfindən dünyanın 108 ölkəsindən 1170 ekspert və aqronomun iştirakı ilə kurslar təşkil olunub.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
6
azertag.az

7Mənbələr