AZ

Delimitasiyanın növbəti mərhələsi Zəngəzurdan başlaya bilər - Paşinyan

"Delimitasiyanın növbəti mərhələsi Sünikdən (Zəngəzur-red.) başlaması mümkündür. Lakin bu, istənilən başqa ərazidə də baş verə bilər".

Bakupost.az “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Hazırda biz reqlament layihəsi üzərində işləyirik. Əvvəlcədən əldə olunan razılaş, reqlament təsdiqlənəndən sonra bu məsələ ilə bağlı qərar veriləcək", - Paşinyan vurğulayıb.

O qeyd edib ki, dünəndən etibarən mən Sünik rayonundaistər sərhəd, istərsə də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirib:

"Aydındır ki, sülh gündəmi, real Ermənistanın gündəmi xalqımıza aydındır. Bu çox vacibdir. Bu o deməkdir ki, biz nə etdiyimizi və nə üçün etdiyimizi xalqımıza çatdıra bilmişik.

Bu kontekstdə delimitasiya və digər məsələlər işçi məsələlərə çevrilir. Hökumət təbii ki, nə baş verdiyini, nə üçün baş verdiyini, məqsədinin, risklərin nədən ibarət olduğunu, onların idarə edilməsi üsullarını ictimaiyyətə geniş şəkildə çatdırmağa davam etməlidir. Biz bu məntiqi rəhbər tutaraq irəli getməliyik”.

Zaur, BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
32
bakupost.az

10Mənbələr