AZ

“AirBadminton” turniri keçirilib

Azərbaycan Gənclər və İdman Nazirliyinin 30 illiyinə həsr olunmuş “AirBadminton” turniri keçirilib.

İdman.biz xəbər verir ki, yarış Azərbaycan Badminton Federasiyası və Su İdman Sarayının birgə təşkilatçılığı ilə baş tutub.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 8 komanda qarışıq qoşa yarışlarında üz-üzə gəlib. Turnirin sonunda mükafatçılara Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Badminton Federasiyası və Su İdman Sarayı tərəfindən diplom və medallar təqdim olunub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
idman.biz

1Mənbələr