AZ

“Bu amil məni bura gəlmək üçün iki dəfə düşünməyə vadar etdi” - Junior Martins

Bir neçə gün öncə “Zirə”nin Junior Martinslə maraqlandığını xəbər vermişdik.

Artıq dünən “qartallar” braziliyalı ilə müqavilə imzaladı. “Kəpəz”in sabiq legioneri bundan sonra 3 il paytaxt klubunun uğurları üçün çalışacaq. Bəs “Zirə” Martinsin diqqətini necə cəlb etdi?

Təcrübəli hücumçu “Football-plus.az”a açıqlamasında həm bu barədə danışdı, həm də sabiq komandasına sözlərini dedi:
“Hamımız bilirik ki, “Zirə” Azərbaycanın böyük klublarından biridi. İnanıram ki, karyeram üçün ən yaxşı seçimi etdim. Dediyim kimi, “Zirə” böyük komandadı. Bu amil məni bura gəlmək üçün iki dəfə düşünməyə vadar etdi. Və mən Avropa turnirində komandaya kömək etməyə gəldim. “Kəpəz”də mənə iki mövsüm fürsət verən rəhbərliyə təşəkkür edirəm. Ümid edirəm ki, irəlidə daha yaxşı nəticə göstərərlər”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
football-plus.az

1Mənbələr