AZ

Müəllimlərin sertifikasiya imtahanlarının yeri MƏLUM OLDU

Müəllimlərin sertifikasiya imtahanlarının yeri MƏLUM OLDU




Müəllimlərin 21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma prosesinin test imtahanlarının harada keçirləcəyi açıqlanıb.Patrul.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin keçiriləcəyi imtahan mərkəzləri respublikanın 18 şəhər və rayonundakı 27 məktəbdə təşkil olunacaq.Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının qərarına əsasən, həmin tarixlərdə bu il ilk dəfə prosesə cəlb olunacaq riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcəklər.21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma prosesinin test imtahanlarının yeri aşağıdakı şəkillərdə göstərilib:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
5
patrul.az

8Mənbələr