AZ

Çexiyada təlim poliqonunda baş verən partlayış nəticəsində bir əsgər ölüb

Libava poliqonunda döyüş sursatının partlaması nəticəsində bir hərbçi həlak olub.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Çexiya ordusu X sosial şəbəkəsindəki hesabında məlumat verib.

 

Fövqəladə hadisə zamanı daha 8 nəfər xəsarət alıb. Onların arasında yeddi hərbçi və bir mülki şəxs də var. Onların hamısı Olomoucdakı tibb müəssisələrinə aparılıb.

 

Libaudakı poliqonda insident iyunun 17-də baş verib, bu barədə Çexiya ordusunun nümayəndələri bildiriblər. Partlayışın nədən baş verməsi ilə bağlı məlumat hələlik müəyyənləşdirilir. Bu arada hərbi polis hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmaya başlayıb.

 

Bundan əvvəl Polşada Skarzysko-Kamienna şəhərində raket yanacağı mərkəzində partlayış baş verən insident barədə məlumat verilmişdi. Qeyd olunub ki, zavod Kiyev üçün silah istehsal edir. Polşanın baş naziri Donald Tusk əhalini “xarici qüvvələrin” insidentdə iştirak etmədiyinə inandırmağa tələsdi.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
oxu24.com

1Mənbələr