AZ

"Nvidia" rəhbərləri bir ayda 36 milyard dollar qazanıblar

Süni intellektə olan sıx maraq sayəsində pay dəyərləri yüksələn "Nvidia" rəhbərlərini də milyarder edib.

Son illərdə süni intellekt texnologiyalarına investisiyalar artıb. Bir çox şirkət öz süni intellekt texnologiyalarını inkişaf etdirmək üçün milyardlarla dollar xərcləməyə başlayıb. Bu investisiyalar ən çox çip istehsalçılarına fayda verdi.

ABŞ-ın çip istehsalçısı "Nvidia"-nın səhmlərinin artımı süni intellekt çiplərinə olan tələbin təsiri ilə ilin əvvəlindən 50 faizdən çox artıb.

Hazırda "Nvidia"nın ümumi bazar dəyəri 3,24 trilyon dollardır. Şirkət tezliklə "Microsoft"un 3,29 trilyon dollarlıq dəyərini keçərək dünyanın ən dəyərli şirkəti olmaq yolundadır.

"Nvidia"nın 10 yüksək səviyyəli meneceri yalnız son bir ayda sərvətlərini 36 milyard dollar artırmağı bacarıb.

Sərvətini ən çox artıran şəxs "Nvidia"nın qurucu CEO-su Jensen Huang olub. Huang hazırda 115,4 milyard dollar sərvəti ilə dünyanın 12-ci ən varlı adamıdır.

Digər "Nvidia" rəhbərləri də fərdi olaraq yüz milyonlarla dollar dəyərində səhm satırlar.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
valyuta.az

1Mənbələr