AZ

AÇ-2024: Ukrayna Rumıniyaya darmadağınla uduzdu

Ukrayna və Rumıniya yığmaları Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatında (AÇ-2024) ilk oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.

4-cü oyun gününün ilk görüşü E qrupu çərçivəsində Rimıniya və Ukrayna yığmaları arasında baş tutub. Qarşılaşma rumınların böyük hesablı qələbəsiylə yekunlaşıb.

Bu qrupun digər oyunu saat 20:00-da Belçika və Slovakiya yığmaları arasında Frankfurtda keçiriləcək.

Günün sonuncu oyunu isə Avstriya və Fransa yığmaları arasında baş tutacaq. Düsseldorfda keçiriləcək görüşün start fiti saat 23:00-da səslənəcək. Bu qrupun ötən gün baş tutmuş ilk oyununda Niderland yığması Polşaya 2:1 hesabıyla qalib gəlib.

AÇ-2024
E qrupu
17 iyun

Rumıniya – Ukrayna 3:0
Qollar: Nikolae Stançu, 29. Razvan Marin, 53. Denis Draquş, 57.
Baş hakim: Qlenn Nyüberq (İsveç).
Münhen, “Alyans Arena”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
arena.az

1Mənbələr